Daş olmuşam mən…

Sevginin sonuncu zəngi çalınır,
Daha həsrətinə qoşulub gedim.
Bir də yer üzündə tapılmayım heç,
Dünyanın əlindən quş olub gedim.

Yığıb-ilk görüşdən bu günə kimi,
Günləri xatirə sapına düzüm.
Sənə ilk görüşdə verdiyim gülü,
Toyunda gətirib qapına düzüm. davamı burada...

Bəs edən deyil!

Bu şirin sevdanın xəyallarına,
Anbaan dalsam da, bəs edən deyil.
Gündə beş yüz kərə profilindən,
Yolumu salsam da,bəs edən deyil.

Sarışın saçlıdır bu göy mələyi,
Yanağı,dodağı arı pətəyi.
Təkcə ondan başqa bütün istəyi,
Daşlara çalsam da,bəs edən deyil. davamı burada...

Bu şəkildə bəyənməzsən…

Yalan məni öldürmədi neyləyim,
Belə getsə öldürəcək düz məni.
Göz yaşınam, gizlənmişəm gözündə,
Görməy üçün yanağına düz məni.

Çox ağlama mənim üçün sağam mən,
Durub gəzmə, yer üzündə yoxam mən.
Aç sinəni, sinən üstə dağam mən,
Ört qapını-sinən üstə gəz məni. davamı burada...