Başı daşlı!

Day bir də yazılmaz dəftər başı daşlı,
Ölsün qoy acından Səftər başı daşlı.

Həm Heydərə yazdım, həm Qəmbərə yazdım,
Heydər kimi susmur Qəmbər başı daşlı.

Deputat Kərim axır şişdi, yoğun oldu,
Boynun necə kəssin xəncər başı daşlı?! davamı burada...

DİRSƏK!

Salmış məni, ey əhli-müsəlman, ələ dirsək,
Artıq yaradıb yoxsa ki, Allah ələ, dirsək?!

Gördüm bir evim var yuxuda xaneyi-abad,
Şükr eylədim Allaha o dəm mən evi bərbad.
Opbandım elə daxil olam mülkümə, heyhad,
Çıxdı otağın pəncərəsindən çölə dirsək. davamı burada...

Qapaz!

Dəyir hey başımıza, vermədən heç arə,qapaz,
Ki, edə biz kimi biçarələrə çarə qapaz.

Bakıda Rozalar iş tapdı, Xəlillər qaldı,
Metro ağzında neçə cannı zəlillər qaldı.
Qarabağ getdisə, fikr etmə əlillər qaldı,
Qolu yoxdur, qıçı yox vur belə bimarə qapaz. davamı burada...

Siyasi yuxu

Gördüm, ay qonşu, gecə dövranı taraz yuxuda,
Xeyir olsun, desən, inşalla şər olmaz yuxuda.

Görürəm ki, yuxuda qaz verilir pay, qonşu!
Hətta neftdən verilir pay bizə hər ay, qonşu!
Kridit borclarını bağladılar, ay qonşu!
Pulu cağ-cağ kişimə eyləyirəm naz yuxuda. davamı burada...