Hüseynin…

Sönməz əbədi yandırılan şamı Hüseynin,
Vəhtət şərabıyla doludur camı Hüseynin.

Çək başa bu vəhtət şərabın aşiqi-eşq ol,
Qəlbində bütün esq ilə ol ramı Hüseynin.

Həm haqqa fəda oldu bütün əhli-əyali,
Həm Əsgəri,həm Əkbəri-nakamı Hüseynin.

Çox doğru demişlər bu kəlamı elm əhli;
Dünyanı qurub xatiri-ehkamı Hüseynin.

Tofiq sözü aciz,onu məth etməyə ancaq,
Allah sözü olsun gərək,ilhamı Hüseynin.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir