Çox ağ eləməmişəm ki?

Çəkərəm dilim altından,
Açaram-tökərəm sözü.
İlmə-ilmə toxuyaram,
Milbəmil sökərəm sözü.

Nə tullamaram “yal”ona,
Nə çövürmərəm dal ona.
Amma düşmərəm dalına,
Dalımca çəkərəm sözü.

Diz üstündə saxladaram,
Öz əliylə dağladaram.
Anasını ağladaram,
Əyinə tikərəm sözü.

Zəmi kimi biçirdərəm,
Zəhər edib içirdərəm.
On dörd qatdan keçirdərəm,
Toxumsuz əkərəm sözü.

Söz öz əməlim,öz əlim,
Sənə də verrəm,gözəlim.
Lal baxış tək bir gözəlin,
Gözünə dikərəm sözü.

Kəsərəm sözün kökünü,
Olaram haqqın sürgünü.
Olmasa Allahın hökmü,
Boynuma bükərəm sözü.

 15,801 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

1 Şərh

  1. namiq

    Qelemin nester kimidir,ruhun sabirin , esqin mecnunu agladar,ahin milleti,veten sevgin her kese ornekdir, cal qelemin de,qezan da mubarek olsun. Tanri seni qorusun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir