Döndü zamanın üzü…

Döndü zamanın üzü-qarğa dağ üstündədir,
Qonduğu yer qartalın tir budaq üstündədir.

 

Gülşənə bayquş gəlir gül qoparır yarpağın,
Bülbülü viranədə, fikri bağ üstündədir.

 

Dönməyi bu gərdişin baxt dağıdıb, rəng alıb,
Sarı al üstündədir, qara ağ üstündədir.

 

Altı soyuq torpağın üstü tutub od, yanır,
Bir qonaq altındadır, bir qonaq üstündədir.

 

Aclığa düçar olan Azərbaycanımın,
Fikri un üstündədir, fikri yağ üstündədir.

 

Dinin atan xalqımın fikri uyub yadlara,
Sərvətinin, daima yad maraq, üstündədir…

 

Qəm yemə, Tofiq, axır haqq tapacaqdır yerin,
Daşmağına az qalan aş, ocaq üstündədir.

 2,161 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir