Hərə bir cür söz oynadır

Getmişik qış yuxusuna,
Yuxumuzu yozan kimdi…
Bu dünyanın gerçək üzün,
Oxuyan kim, yazan kimdi…

Əyri baxan düz aynadır,
Əksim mənə göz oynadır.
Hərə bir cür söz oynadır,
Qopuz bilmir ozan kimdi.

Dünyanı bilib gəlmişəm,
Min dəfə ölüb-gəlmişəm.
Özümə qalib gəlmişəm,
Bəs onda uduzan kimdi?..

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir