İşlər Baş-ayaqdır

Işlər baş-ayaqdır hələ,rəhmətliyin oğlu!
Çimdik nə kar eylər kələ, rəhmətliyin oğlu?!

Şallaqla bular pöhrələnib mərtəbələnmiş,
Cəmdəkləri gündən-günə şişmiş, təpələnmiş.
Vicdanları paytaxt şəhərində səpələnmiş,
Aburları getmiş yelə, rəhmətliyin oğlu!

Istərsən əyər bunları it tək yola bağla,
Ya zənciri sallat boğazından tula bağla.
Mənliklərini andıra qalmış pula bağla,
Məsləklərini at çölə, rəhmətliyin oğlu!

Gombul balalar bəslədilər al qanımızla,
Çox oynadılar saplağa dönmüş canımızla.
Ac körpələri qəbula çəkdik yanımızla,
Səksənmədi qeyrət belə, rəhmətliyin oğlu!

Eşşek kimi adət eləyiblər bizə, yoxsa?!
Axır gün üçün şəkk eləyirlər bezə, yoxsa?!
Neftin içinə isti təzəy tök-bizə yoxsa,
Get qupquru əppək dilə, rəhmətliyin oğlu!

Xalqın yükü ağırdı-bu arıq belim üstə,
Bir gün məni də öldürəcəklər-dilim üstə…
Vallah mənə ölmək də şərəfdir ELIM üstə,
Düşməzmi belimdən şələ, rəhmətliyin oğlu?!.

Sən ged hələ səbr eylə əyalətdə diyirlən,
Gir Lənkəranın küncünə,Əlhəddə diyirlən.
Yat Gəncədə, qaç Yevlaxa-əlbəttə diyirlən,
Bunlar səni salsın ələ,rəhmətliyin oğlu!

Ölsəm,deyəcəksiz ki,bu yazıq dedi-getdi,
Sübh soxa,nahar boğma,şam azar yedi-getdi…
Canı bu gözəl XALQİNA qurban idi-getdi,
Qoydu sözünü nəzm ilə,rəhmətliyin oğlu!
Səbrin var əyər həzm elə, rəhmətliyin oğlu!!!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir