Mən də çıxılıram vətənim kimi…

Yarıya bilmədim bu yarılardan,
Hər şeyim həyatda yarımçıq oldu.
Sən də ürəyimdən çıxıb gedəndən,
Elə bil canımdan yarım çıxıldı.

 

Yox imiş sevgidə sədaqətimiz,
Övlad kərəkmiydi vətənə biz tək?!.
Təkcə belə olduq vətənə sadiq;
Yarıya bölündük vətənimiz tək.

 

Sevgilər yarımçıq şeirlər kimi,
Birini ömrümə yaza bilmədim.
Mən bütün yollara azdım həyatda,
Təkcə xoşbəxtliyə aza bilmədim

 

İndi hər çıxılan yarımdan çıxır,
Alıb əllərimdən vətən, sevgimi…
Təkcə sığındığım bir təsəlli var;
Mən də çıxılıram vətənim kimi.

 5,441 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir