Maarifçiliyi alverə fırlatdı Misiryan,
Xalqa onu kartoşka kimi satdı Misiryan.
Rəhm eyləməyib millətə insafı azaltdı,
İnsaf nədi, mürvət nədi, lap vicdanı atdı.
Bir fabrik açıb formasını məktəbə satdı,
Məktəblilərin bağrını şartlatdı Misiryan.
Öz başı açıq övrətinin verməz hesabın,
Allah verəcək nari-cəhənnəmdə əzabın.
Zalım kişi xalqın qızının açdı hicabın,
Çirkin əlin imanımıza qatdı Misiryan.
İmanlıya,vicdanlıya qısqanclığı daşdı,
İnsanlığa “xax-tfu”, tüpürüb həddini aşdı.
Xor baxdı məyər Şeyximizə dinə sataşdı?!.
Şeytan kimi son həddə gəlib çatdı Misiryan.
Rüşvət gəmirib, təhsilə min cür “yava”saldı,
İllər uzunu təhsil evində yuva saldı.
Forma pulunu tapmayan evdə dava saldı,
Biçarə kasıb xalqını ağlatdı Misiryan.
Hörmətli Przident,bu “hicab” oldu yaman ağ,
Olsaydı İranda vurulardı yana şallağ.
Kah millətə, gah dövlətə işlətdi fırıllağ,
Həm dövləti, həm milləti aldatdı Misiryan.
Bir gün eşidək dövlətimiz verdi cəzasın,
Batmış başını pensiyaya qatdı Misiryan,
Yəni başıinən əbədi batdı Misiryan!