Gəlirəm üstüzə bu köçhaköçlə,
Köçüzü yığmasam köçümə lənət!
Bu cılız canımla bir arabaya,
Yüzüzü qoşmasam gücümə lənət!
Ay yalan məclisdə yalan vəkillər,
Ay yanan millətə yaman vəkillər.
Ay bizə gözünü yuman vəkillər,
Bizsiz etdiyiniz seçimə lənət!
Siyasət, zəhərdir verdiyin halva,
Yanan ürəyimi deş halqa-halqa.
Bu haqqı, hüququ tapdanan xalqa,
İçdən yanmıramsa içimə lənət.
Yırtıq qeyrətlərin yamağı qorxunc,
Azğın çobanların çomağı qorxunc.
Zırpı kişilərin papağı qorxunc,
Bu boya, buxuna,biçimə lənət!
Durum qamış ölçüm yoğun boynuza,
Can verən namusu salın qoynuza.
Sizin mənim kimi lal qoyunuza,
Mənim sizin kimi keçimə lənət.
Batman arxanıza biz keçirdərəm,
Şimşad boyunuza bez keçirdərəm.
Yeddi qatınızdan söz keçirdərəm,
Vecizə gəlməsə vecimə lənət!
Yalın əllərimlə gözə çarpıram,
Nə geri dönürəm, nə göz qırpıram.
Polad qalxanlara qələm çırpıram,
Mənim bu varlığla heçimə lənət!
Xalqa de, qəbrimi rahlasın,anam,
Əhdimdir xalqımın oduna yanam.
Vallah mən səninçün əlli milyonam,
Birim bəs deyilsə üçümə lənət!
Allahın Adıyla! Şair, Allah Sənə Xeyir Versin! Tofiq Sənün gözəl, istiyotlu, duzlu və şirin şeirlərin bu səyfəndə bol və davamlı olsun.
Səifənin yaradılmasında zəhməti olanlara öz adımdan və təşkilatımızın adından Təşəkür edirik, sağolun, Allah Sizlərdən razı olsun…
Vətənə olan borcumuzu ödəməyə çalışırıq 🙂 İnşallah səhifənin istifadəçiləri, daimi ziyarətçiləri çox olar və şair Tofiq Həsənlinin mənalı və ictimai yükü ağır olan mövzuları ilə tanış olarlar.
Saytı bəyəndiyinizə də çox sevindim.
Təşəkkürlər!
Halal olsun qardawlar,bu werleri yazdigina gore sene derinnen tewekkurumu bildirirem,bu saytda emeyi olan her kese minnetdarligimi bildirirem
Necə deyərlər, “Tarixi-Nadir’i yarıya kimi oxumuşam”, və qəti əminliklə deyə bilərəm ki, Tofiq Həsənli şairdir, talantlı şairdir. Bunu ona görə qeyd etdim ki, yüzlərlə “şair” adlananların (təkcə Azərbaycan “şairlərini” nəzərdə tutmuram) çoxlu şeirəoxşar yazılarını oxuduqdan sonra anladım ki, onlar şair deyillər, baxmayaraq ki, onların yazdıqlarında hətta qafiyələr də “bülbül kimi ötür.
Hörmətli şair Tofiq Həsənli!
Mən Sizi məhz bu gün özüm üçün “ixtira etmişəm” – təəssüflər olsun ki, bu günə kimi belə bir Azərbaycan şairinin olmağını bilməmişəm (uzun illərdir ki, Azərbaycandan kənarda yaşayıram). Bu gün, Sizinlə təsadüfi “tanış” olduqdan sonra 24 şeirinizi oxudum. Çalışacağam ki, diğər şeirlərinizi də oxuyum: müntəzəm olaraq Sizi “izləyəcəyəm”.
Sizə yaradıcılıqda uğurlar arzu edirəm!
Hörmətlə,
Şərif Hüseynov (Sharif E. Guseynov)
Çox hörmətli Şərif bəy, xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Əgər bir baş əlaqə saxlamaq istəsəniz, lütfən Whatsapp istifadə edin: +994505778820