Nə qədər ki, bu elin milləti tərpənməyəcək,
Başı üstən o yana zilləti tərpənməyəcək.
Zülmə düçar eləyən milləti məmur kələnin,
Söyəcəksən belə lap, qeyrəti tərpənməyəcək.
Bu məriz ölkədə hiddətli nə iş baş versə,
Alışan millətimin hiddəti tərpənməyəcək.
Dili yanmış o sayaq kəslərə yox etibarım,
Ki,deyillər, bu elin cürəti tərpənməyəcək.
Əzələr islamı, Peyğəmbəri təhqir edələr,
Yenə peyğəmbərimin ümməti tərpənməyəcək.
Nə qədər ki, açacaq bud-yaxasın qızlarımız,
Xədim olmuş gədəmin şəhvəti tərpənməyəcək.
Hərbimizdə əlimiznən öləcək əsgərlər,
Belə haqqsızlığa dövlət, qəti tərpənməyəcək.
Haqqın övladıyam, əlbəttə ki, var mən kimilər,
Sanma haqqdan doğanın fitrəti tərpənməyəcək.
Tofiqa, taxtları alt-üst eləmiş üsyanlar,
Fani dünyada kimin dövləti tərpənməyəcək?!