…torpaq qədər sev!

Torpağdan yoğrulub sevən ürəyim,
Ondan torpaq qədər məhəbbət istə.
Qanımla suvarıb öz torpağımı,
Vətən göyərtmişəm torpağım üstə.

Sənə də könlümü açammazdım heç,
Bu sevda başımda dolanmasaydı.
Bəlkə də sevməyi bacarmazdım heç,
Anam bu torpaqdan yaranmasaydı.

Torpaq ürəyimi məhəbbət etdim,
Torpaq məhəbbəti qazanmaq üçün.
Sən soyuq bildiyin torpağa bir gün,
Köçüb gedəcəyəm qızınmaq üçün.

Torpaq həsrətiylə saralır yarpaq,
Sən də bu torpağı yarpaq qədər sev.
Xanım,əyər məni sevmək istəsən,
Çəkinmə bir ovuc torpaq qədər sev.

 4,855 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir