Allah da borcunu istəsə məndən…

Gözümün işiğın yollardan yığım,
Sərim gözlərinin qaranlığında.
Sənsiz ömrümü də sənsiz sürməyim,
Sürüm gözlərinin qaranlığında.

Gözümü bağlasın həsrət sığalı,
Bir ömür yaşayım gözləri bağlı.
Hər gecə yuxuna gələn nağılı,
Görüm gözlərinin qaranlığında.

Telinin kölgəsi üstümə düşsün,
Quruyan gözlərin tüstümə düşsün.
Göz yaşı altında pis günə düşsün,
Yerim gözlərinin qaranlığında.

Sevgi son sözümü gözləsə məndən;
Üzərəm əlimi, üz, desə,məndən.
Allah da borcunu istəsə məndən,
Verim gözlərinin qaranlığında.

Loading

1 Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir