Apar..

Üzlüş bu qanlı sevdadan,
Ürəyimi yaxıb apar.
Birazca topla gücünü,
Məhəbbəti yıxıb apar.

Qalsan yolun dağ olacaq,
Sevgim sənə dağ olacaq.
Zülfün yerə dağılacaq,
Zülfünü də yığıb apar.

Ağla ki, yağım əlinə,
Nəyim var yığım əlinə?!.
Xınam yox yaxım əlinə,
Varı apar, yoxu apar.

Barmağında özgə nişan,
Çətin eşqi apar asan.
Nə verim ki, aparasan?!-
Bir gerçəyi yuxu apar.

Bu eşq yaxılası eşqdir,
Bu eşq yox olası eşqdir.
Elə yıxılası eşqdir,
Yıxıb apar, yıxıb apar.

 2,527 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir