Gəlişini gözləmişəm hər gecə,
Bu gecə də görüşümə gəl, Ayım.
Baxışımla sürmələyim gözünü,
Öpüşümlə dodağını boyayım.
Bu gecə də pəncərədən gələrsən,
Kimsə görməz məni salsan qoynuna.
Qollarını işiq kimi uzadıb-
İşiğını dolayarsan boynuma.
Gecələri sirdaşım sən olandan,
Daş ürəkli gözəllərdən əl üzdüm.
Nə olsun ki, ulduzlardan kiçiksən,
Ulduz boyda ürəyin var, Ay üzlüm.
Pak nurundan pay alıbdır bu sevgim,
Kimi sevim, kimi sənə edim tay?!
Səndə ayrı bir kəsə Ay demərəm,
Sənsən mənim Ayım, ay, sevgilim Ay.
əla…!!! 🙂