Bəs edən deyil!

Bu şirin sevdanın xəyallarına,
Anbaan dalsam da, bəs edən deyil.
Gündə beş yüz kərə profilindən,
Yolumu salsam da,bəs edən deyil.

Sarışın saçlıdır bu göy mələyi,
Yanağı,dodağı arı pətəyi.
Təkcə ondan başqa bütün istəyi,
Daşlara çalsam da,bəs edən deyil.

Şeirlər könlümün budağlarından,
Səslənsə, dözməssiz bu dağlarından…
Onca dəqiqəyə dodaqlarından,
Min öpüş alsam da,bəs edən deyil.

Hər dərdə dözərəm onun yolunda,
Dirilləm sağında,ölləm solunda.
Atəş qucağında,zəncir qolunda,
Bir ömür qalsam da,bəs edən deyil.

Olmasan,olarmı dadı dünyanın?!!
Tofiqə çox görmə bu quru canın.
Əgər ki,dözməyib belə sevdanın,
Qurbanı olsam da,bəs edən deyil.

 5,204 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir