Yolumu sevgidən dostluğa saldın,
Qalmadı dostluğa rəğbətim daha.
Sevgin isidərsə bir özgəsini,
Məni də isidər həsrətin daha.
Dilin söyləyəndə xətrin əzizdir,
Ürəyin, “sevirəm” deyirdi axı…
Neyləyək o günkü öpüşləri bəs,
Onlar dost öpüşü deyildi axı…
Öldürüb saçına olan sevgimi;
Törətmə ən qatı cinayətini.
Saçının altına girmək istəsəm,
Bağışla dostunun xəyanətini.