Bir şeirlik sevgi

Mənim bu sevgidən getməyim gəlir,
Göndər gətirdiyin baxışla məni.
Qayıtsam bilirəm bağışlayarsan,
Əyər qayıtmasam bağışla məni.

Yuxusuz ürəyim sənə yatmadı,
Dar gəldi bu geniş qəlbim də sənə.
Qəlbimi səninçün boşaltdım,amma,
Yer tapa bilmədim qəlbimdə sənə.

Gəlib taleyimə çıxa bilmədin,
Mən tale yolumu azmışam demək.
Əyər bir şeirlik sevmişəm səni,
Səni də ömrümə yazmışam demək.

 2,026 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir