Ölkəyə dönübdür şəhərlərimiz,
Həsrəti araya sərhədd çəkmişik.
Sevənlər gül dərib,gülab çəkiblər,
Biz də məhəbbətə həsrət çəkmişik.
Beləcə böyütdük kiçik sevgini,
Bizdə arzu da çox,məhəbbət də çox.
Bizim insan kimi ümidimiz var-
Bizim insan kimi hüququmuz yox.
Biri-birimizə yansaq nə fayda,
Vallah yanmayacaq şəhərlər bizə.
Biri-birimizi sevmişik demə,
Həsrət qalmaq üçün bir-birimizə.
Yollar da şəhərin dərdsizinindir,
Bizim yeriməyə öz yolumuz yox.
Bizim sevmək üçün ürəyimiz var,
Bizim görüşməyə yol pulumuz yox.