Bu da taleyimə düşən məhəbbət…

Yolların belinə yük olduq demə,
Görüşdük arada əridi yollar.
Özümüz gəlmədik görüş yerinə,
Bizi bu görüşə sürüdü yollar.

Bizi yandıranda baxışlarımız,
Müqəddəs atəşə döndü məhəbbət
O gün ki,əlinə əlim toxundu,
Söndü müqəddəslik,söndü məhəbbət.

Ayrıldıq bir yolluq,yollar incidi,
Çəkdik xəyalların yorğanın başa.
Ömrü yatızdırdıq xatirələrdə,
Bir də adiləşib olmayaq qoşa.

Bu da taleyimə düşən məhəbbət,
Siz Allah bir mənim günümə baxın…
Üstümə bir qızın əli uzanıb,
Nə məndən uzaqdı,nə mənə yaxın.

 4,886 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir