Bu şəkildə bəyənməzsən…

Yalan məni öldürmədi neyləyim,
Belə getsə öldürəcək düz məni.
Göz yaşınam, gizlənmişəm gözündə,
Görməy üçün yanağına düz məni.

Çox ağlama mənim üçün sağam mən,
Durub gəzmə, yer üzündə yoxam mən.
Aç sinəni, sinən üstə dağam mən,
Ört qapını-sinən üstə gəz məni.

Həsrətinə göz olmuşam o gündən,
Həsrətindən köz olmuşam o gündən.
Köçür məni-söz olmuşam o gündən,
Üzsəm səni-dəftərindən üz mənim.

Sevgin ilə başımı çox qatmısan,
Məndən qaçıb-həsrətimə çatmısan.
Heç bilmirəm haralara atmısan,
Axtarsa da-tapmaz heç bir qız məni.

Heç soruşma, yelə dönən sorağam,
İşiğıma kölgə salan çırağam.
Can deyiləm, can çəkilmiş varağam,
Bu şəkildə bəyənməzsən-əz məni…

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir