Daş olmuşam mən…

Sevginin sonuncu zəngi çalınır,
Daha həsrətinə qoşulub gedim.
Bir də yer üzündə tapılmayım heç,
Dünyanın əlindən quş olub gedim.

 

Yığıb-ilk görüşdən bu günə kimi,
Günləri xatirə sapına düzüm.
Sənə ilk görüşdə verdiyim gülü,
Toyunda gətirib qapına düzüm.

 

Bəlkə ağlamadın mənsizliyinə,
Özümün gözündə yaş olmuşam mən.
Ağlasan göz yaşın daşı əritməz,
Yolumu gözləmə – daş olmuşam mən.

 6,703 dəfə oxunub,  6 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir