Gəlmişəm…

Mən sənin yaz ömrünə,
Qış olmağa gəlmişəm.
Biraz da gözün üstə,
Qaş olmağa gəlmişəm.

 

Baxt gülməsin bircə gün,
Qismət yolsun birçəyin.
Eşqinə bir çiçəyin,
Qoş olmağa gəlmişəm.

 

Anlat vaxtsız gələnə,
Dərdin nə,kədərin nə…
Qəm yemə,kədərinə,
Qoşulmağa gəlmişəm.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir