Gecə – gündüz!

Hər gün sevgi gəlir sevgimin üstə,
Tənhalıq hər gecə vurulur mənə.
Gecələr ölürəm öz qucağımda,
Gündüzlər mağarlar qurulur mənə.

Gündüz hüznümdə qarışır başım,
Gecə boğuluram tənhalığımda.
Tənhalıq əlindən hər gün ölürəm,
Hər gün doğuluram tənhalığımda.

Ona da sevgimi aça bilmədim.,
Saldı ürəyimi oda,bilmədi…
Bir dezdemona da boğdum içimdə,
Məndə öldüyünü o da bilmədi.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir