Heç kimə…

Ömür keçdi ağla ona, yan ona,
Oddan başqa nə qalır ki, yanana…
Hara getsəm qayıdıram yanına,
Mənim axı səndən başqa kimim var?!

Ən uzaqsan,ən yaxınsan mənə sən,
Sənə qədər, səndən sonra-yenə,sən.
Yanımda da, arzumda da elə sən,
Mənim axı səndən başqa kimim var?!

Xatırlasam gəlməz sənsiz gün yada,
Gah doğma ol, gah mənimçün dön yada.
Başdan-başa başqalaşan dünyada,
Mənim axı səndən başqa kimim var?!

Ürəyimin kilidinə açaram,
Ürəyimi təkcə sənə açaram.
Səndən qaçsam, elə sənə qaşaram,
Mənim axı səndən başqa kimim var?!

Bir sirrim var, ürəyinə dəydiyim!
Aç qapını, qapısını döydüyüm!
Sən başqası deyilsən ki, qoy deyim;
Mənim axı səndən başqa kimim var?!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir