Heç vaxt şeir yazmadığım bir xanıma…

Qapına gəldim ki,qovasan məni,
Bəlkə bu sevgidən baş alıb gedəm…
Həsrətə qəlbimdə yer eyləməyə,
Biraz ürəyimi boşaldıb gedəm.

 

Gördü məhəbbətdən uzaq düşmüşəm,
Bu sevgi uzaqdan səslədi məni.
Gedim ki,saraldıb-soldursun biraz,
Sarışın saçının həsrəti məni.

 

Səndən artıq yanıb sənsizliyimə,
Boynuma dolanır söz,qucağımda.
Onsuz da ömrümə gələn deyilsən,
Qoy qalım ömürlük öz qucağımda.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir