Dodaqların paxlavadır,
Yanaqların şəkərbura.
Gəlib papaq atsam sizə,
Yığ içinə göndər bura.
Gəl bu gün oda, havaya,
Suya, torpağa and içək.
Həsrəti tonqal qalayıb,
Atılıb üstündən keçək.
Ürəyimdə niyyət tutub,
Qulaq asım ürəyinə.
Sən Allah bayramnan sora,
Dönmə bayram çörəyinə.
Bəzə mənim sevgim ilə,
Stolunun ortasını.
Qırmızı boyayım bu gün,
Baxtımın yumurtasını.