Mənə, yox de!

Mən yanıb-yaxılmaq istəyirəm.
Mənə, yox de,
Səninçün yox olmaq istəyirəm.
Mənə, yox de, çiçəyim,
Qovla məni, deyirəm,
Elə sizin küçədə yıxılmaq istəyirəm.


At məni,
Əllərindən dağılmaq istəyirəm.
At məni,
Sinən üstə dağ olmaq istəyirəm.
At məni, at, çiçəyim,
Öldür məni, deyirəm.
Yenə həsrətin üçün doğulmaq istəyirəm.


Bax mənə göz yaşınla,
Suvar sinəmdə dağı.
Həsrət gülüylə dolu,
Bağ olmaq istəyirəm.
Bax mənə, mən sevgi yox,
Baxılmaq istəyirəm.
Bax mənə bax, çiçəyim.
Ağla mənə deyirəm,
Sənin baxışlarında boğulmaq istəyirəm.


Mən sənin əllərinə toxunmaq istəmirəm,
Ya da qulaqlarına,
Öyüd sırğası kimi taxılmaq istəmirəm.
Mən sevginin acıyam,
Tox olmaq istəmirəm.
Sadəcə həsrətimə sığınmaq istəyirəm.
Burax məni,çiçəyim,
Biraz çəkil kənara.
Sıxılmaq istəyirəm.
Sıxılmaq istəyirəm.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir