Məni çağır!

Bir qanadlı quş olmağa,
Xəyallara qoşulmağa;
Biraz könlü xoş olmağa,
Nə saz istə,nə çal-çağır.
Sənə nəğmə gərək olsa,
Məni çağır.

Təsəllinə dönnəm hər dəm,
Hər dərdinə dözən dərdəm.
Ürəyimə girən hər qəm,
Gözlərimdən sığal çıxır.
Sənə qayğı gərək olsa,
Məni çağır.

Mən yolunda ölən kəsəm,
Mən əbədi sənə bəsəm.
Mən könlündən gələn səsəm,
Mən sevginə gedən cığır.
Sənə sevgi gərək olsa,
Məni çağır.

 5,575 dəfə oxunub,  6 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir