..məni yoxluğunda.

Varlığında solub qaldım,
Bitir məni yoxluğunda.
Varlığından ilim-ilim,
İtir məni yoxluğunda.

 

Həsrətindən salla məni,
Saxlama bu halla məni.
Yoxluğuna tulla məni,
Götür məni yoxluğunda.

 

Dağı təkrar çək sinəmə,
Öyrəşib gözlərim nəmə.
Göndər gedim cəhənnəmə,
Ötür mənı yoxluğunda.

 

Öz-özünü xoşlamısan,
Varlığını boşlamısan.
Varlığında başlamısan,
Bitir məni yoxluğunda.

 5,730 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir