Onu istəmirəm, qırıb gedəsən!

Yox, qoy su içməsin məndən gözlərin,
Axı ürəyinə axa bilmərəm.
Saçının bir dənə telinə belə,
Gözümün ucuyla baxa bilmərəm.

Sevgim də ölübdür ümidlərim tək,
Guman yox bir daha dirilə bilə.
Mənim məhəbbətim deyil gül, çiçək,
Hər bahar açıla, dərilə bilə.

Ümidsiz ünvana nahaqq gəlmisən,
Dönməyə gəldiyin yol da sənindir…
Sevgini özünə yığa bilmisən,
Sevgidən özünü yığışdır indi.

Tez get, arzularım, istəklərim ac,
Qorxuram məhəbbət qurub gedəsən.
Mənə bağladığın ümidini aç,
Onu istəmirəm, qırıb gedəsən.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir