Sən də mənim ölkəmin birinci xanımısan…

Deməsəm də bu sevən könlümün şahı sənsən,
Deyirəm ki, könlümü sənə qəsr eləmişəm.
Sevgimin həm dünəni, həm də sabahı sənsən,
Bütün sevgilərimi sənə həsr eləmişəm.

Həddi də aşmamışıq həddsiz sevgimizlə, biz,
Ayla küsülü qalıb,günlə dalaşmamışıq.
Yaman uyğun gəlirik dəli sevgimizlə biz,
Sevgimiz qoşa gəzir, biz qoşalaşmamışıq.

Ürəyim eşq ölkəsi, məhəbbətdir dövləti,
Özünü ürəyimin ən əziz xanımı,san!
Mən özüm bu ölkənin dövlət prezidenti,
Sən də mənim ölkəmin birinci xanımısan.

Loading

1 Şərh

  1. Kamale

    en çox sevdiyim şeirlerden biridi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir