Sənin həyatına xatirə yazdım!

Səni bir nəfəslik içimə aldım,
Qaytara bilmədim boşuna səni.
Yerini düzəldib yuxarı başda,
Çəkdim ürəyimin başına səni.

Səni bir yuxuluq gözümə yığdım,
Bir dəfə yuxumda neyçin olmadın?!
Bu necə yuxuydu,nə görə bildim,
Nə yoza bilmədim,nə,çin olmadı…

Səni bir şeirlik yazdım ömrümə,
Ömrümün yolunu ömrünə azdım.
Ömrümü qismətdən,taledən pozub,
Sənin həyatına xatirə yazdım.

 5,677 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir