Sənin məhəbbətin yolumu kəsir

Səndən ayrılığa gedən yolum yox,
Səndən gedən yolum sənə qayıdır.
Sənə olan sevgim nədir-bilmirəm;
Haraya atıram-mənə qayıdır.

Saçından ayrılan yola çıxıram,
Gözünə dönməyə yolum tələsir.
Yolumdan çəkirəm məhəbbətimi,
Sənin məhəbbətin yolumu kəsir.

Hər zaman qolunu boynuma sal ki,
Heç zaman boynundan qol çəkilməsin.
Hər yerə körpülər,yollar salınsın,
Səndən ayrılığa yol çəkilməsin.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir