Bu qız bu daş ürəyimi,
Əridər, sevirəm,deməz.
Ömrün büküb göy əsgiyə,
Çürüdər, sevirəm,deməz.
Aylar ötür elə-belə,
Necə sevir gendən belə?..
Danışmasam, innən belə,
Bir il də, sevirəm,deməz.
Sözlərimdə sehirlənib,
Dodaqları şeirlənib.
Gedib gendə deyər,gəlib,
Bəridə, sevirəm,deməz.
Sevirəm, de,xeyir göstər,
Köklənmişəm şeir üstə.
Yüz qız məndən şeir istər,
Biri də, sevirəm, deməz.