Dözüb bu ağrıya sənə, dost,dedim,
Ara bir üzünü görməkdən ötrü.
Səninçün bir dəftər şeir yazmışam,
Bir daha yanına gəlməkdən ötrü.
Ayrılıq əlində sınama məni,
Üzünü görəndə dərd gedir,ay dost.
Bu ki,dostluq deyil, qınama məni,
Bu başdan-ayağa sevgidir, ay dost.
Düşüb yollarına yalvarmıram ki…
Nə özünə ağla, nə mənə ağla.
Biraz gül başıma gələnlər üçün,
Biraz taleyimə düşənə ağla.
Min kəlmə atmışdım ayağın altda,
Bir kəlmə dilindən qapa bilmədim.
Sənin gözlərində itirdiyimi,
Sənin gözlərində tapa bilmədim.
bu seir yaxsi menali seirdir
sizi cox yaxsi adamsiz