Tofiq olaram səninçün.

Nə Məcnun olaram, nə də ki, Fərhad,
Nə yara bilərəm bir dağ səninçün.
Nə nalə olaram, nə də ki,fəryad,
Danışar sevgimdən varaq səninçün.

 

Amandır üzünə dəyməsin üzüm,
Çiçək qız,mən sənə nə çiçək üzüm?!.
Sənə bülbül olsam susaram özüm,
Oxuyar qonduğum budaq səninçün.

 

Leyladan qəşəngsən, Şirindən şirin,
Könül ver boynunu sındıraq şərin.
Üzüb əllərimi əlindən yerin,
Çarmıxa çəkmişəm qucaq səninçün.

 

Şəmə,pərvanəyə gerçək demərəm,
Vardır sənin kimi göyçək, demərəm.
Sinəmdə əsənə ürək demərəm,
Titrəyər sinəmdə yarpaq səninçün.

 

Mənim nağıllara dönsə məskənim,
Qoy mənə gözlərin kəsilsin qənim!
Uyma əfsanəyə, çiçəyim mənim,
Mən Tofiq olaram ancaq səninçün.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir