Yollar məndən keçir sənin yanına.

Üzdüm ayağımı yollardan daha,
Yenə yarıyolda qırıldı yollar.
Sevgi yollarında izimiz qaldı,
İzlərin boynuna sarıldı yollar.

 

Mənsiz də yaşaya bildin birtəhər,
Mənsiz də qapını döydü sözlərim.
Arxamca bir ovuc söz də tulladın,
Gəlib ürəyimə dəydi sözlərin.

 

Bu ölən sevginin qatili oldun,
Özün ağla ona,özün yan ona.
Onsuz da yollardan keçmirəm daha,
Yollar mənnən keçir sənin yanına.

Loading

1 Şərh

  1. Fatimə

    Yazan əlləriniz dərd görməsin.Allah zehin açıqlığı versin . Mükəmməl şeirdir. 👏👏

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir