Yoxun yaddan çıxıb qalıb!

Çıxıb getdin,ürəyimdə,
Oxun yaddan çıxıb qalıb.
Yığıb apardın azını-
Çoxun yaddan çıxıb qalıb.

Dağı yığılıb dağ olan,
Həsrəti mənnən doğulan.
Yastığın üstə dağılan,
Qoxun yaddan çıxıb qalıb.

Gözüm yoluna dikilən!
Ümidi mil-mil sökülən!
Mənə,gözündən tökülən,
Yuxun yaddan çıxıb qalıb.

Ömrü çəkən avar onun,
İndi yoxluğu var onun.
Götürüb getdin varını,
Yoxun yaddan çıxıb qalıb.

 1,975 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir