Dünya özü çaşıb qalıb…

Qəmdir sinəmin məlhəmi,
Qoy qəmi qəmin üstünə.
Yığ dünyanın bütün qəmin,
Döşə sinəmin üstünə.

Kimdir dərdin daşın qoyan?..
Kimdir dərddən daşınmayan?!
Kimdir qəlbi daş olmayan,
Mən gedim kimin üstünə?!

Sanma dərdim daşıb qalıb,
Yemişəm, bir qaşıq qalıb.
Dünya özü çaşıb qalıb,
Göndərsin kimin üstümə..?

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir