Səssiz, kimsəsiz gecələr,
Ayı sevgilim sanıram.
Ona məndən uzaq olan,
Ulduzlara qısqanıram.
Ay tənhaların sirdaşı,
Gecələrin yaraşığı.
Tənha-tənha sevişirəm,
Qucağımda ay işiğı.
Heç zaman atmaz məni ay,
Ay insanlar kimi deyil.
Ayrılıqlar şahididir,
Ayrılığa salmaz meyil.
İstəmirəm, nə bağ-bağça,
Nə dəniz, nə çöl, nə çəmən.
Bir küncdə özümüz olaq,
Gecə, tənhalıq, ay və mən.