Heç kimə…

Ömür keçdi ağla ona, yan ona,
Oddan başqa nə qalır ki, yanana…
Hara getsəm qayıdıram yanına,
Mənim axı səndən başqa kimim var?!

Ən uzaqsan,ən yaxınsan mənə sən,
Sənə qədər, səndən sonra-yenə,sən.
Yanımda da, arzumda da elə sən,
Mənim axı səndən başqa kimim var?! davamı burada...

Tofiq olaram səninçün.

Nə Məcnun olaram, nə də ki, Fərhad,
Nə yara bilərəm bir dağ səninçün.
Nə nalə olaram, nə də ki,fəryad,
Danışar sevgimdən varaq səninçün.

Amandır üzünə dəyməsin üzüm,
Çiçək qız,mən sənə nə çiçək üzüm?!.
Sənə bülbül olsam susaram özüm,
Oxuyar qonduğum budaq səninçün. davamı burada...

Qapaz!

Dəyir hey başımıza, vermədən heç arə,qapaz,
Ki, edə biz kimi biçarələrə çarə qapaz.

Bakıda Rozalar iş tapdı, Xəlillər qaldı,
Metro ağzında neçə cannı zəlillər qaldı.
Qarabağ getdisə, fikr etmə əlillər qaldı,
Qolu yoxdur, qıçı yox vur belə bimarə qapaz. davamı burada...

Apar..

Üzlüş bu qanlı sevdadan,
Ürəyimi yaxıb apar.
Birazca topla gücünü,
Məhəbbəti yıxıb apar.

Qalsan yolun dağ olacaq,
Sevgim sənə dağ olacaq.
Zülfün yerə dağılacaq,
Zülfünü də yığıb apar. davamı burada...

Ay, sevgilim Ay!

Gəlişini gözləmişəm hər gecə,
Bu gecə də görüşümə gəl, Ayım.
Baxışımla sürmələyim gözünü,
Öpüşümlə dodağını boyayım.

Bu gecə də pəncərədən gələrsən,
Kimsə görməz məni salsan qoynuna.
Qollarını işiq kimi uzadıb-
İşiğını dolayarsan boynuma. davamı burada...