Görsəndim “Adam içində”,
Zöhrə çıxdı həmdəm mənə.
Mehribanı naz eylədi,
Yol göstərdi Şəbnəm mənə.
İçimdən elə çağladım;
Lətifəni də bağladım.
Deməyin niyə ağladım,
Üz vermişdi matəm mənə.
Verlişdə qaraldı qanım,
Haqqsızlığdan çıxdı canım.
Haqqı sevən Gulnar xanım,
Həmdəm oldu bahəm mənə.
Elgiiz haqqı danmadı,
Nazənin heç nə qanmadı.
Afət əvvəl inanmadı,
İnananda aləm mənə.
Qıydılar ağlar gözümə,
Şahid oldular sözümə.
Yazığım gəldi özümə;
Nadim baxanda kəm mənə.
Əzimov səflə görüşdü,
Ayağı yaman sürüşdü.
Daha el gözündən düşdü.
Ağır gəldi bu qəm mənə.
Kimdir alçaq,kimdir uca;
Gördü bunu cavan,qoca.
Gəlib çıxdı Xanlar Xoca,
O,həmdəm oldu həm,mənə…
Əlişqızı yaraladı,
Şeirimi qaraladı.
Ürəyimi paraladı,
Vermədilər məlhəm mənə.
Yadıma düşür, o vaxt mən baxmışdım.