Başı daşlı!

Day bir də yazılmaz dəftər başı daşlı,
Ölsün qoy acından Səftər başı daşlı.

 

Həm Heydərə yazdım, həm Qəmbərə yazdım,
Heydər kimi susmur Qəmbər başı daşlı.

 

Deputat Kərim axır şişdi, yoğun oldu,
Boynun necə kəssin xəncər başı daşlı?!

 

Ənvər tiyan altda,Əsmər küçələrdə,
Əsmər gözü yaşlı, Ənvər başı daşlı.

 

İçdən daha yanma, Tofiq, belə xalqa,
Baş daşını qoymaz mərmər, başı daşlı!

 6,852 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir