Donuz oğlu, donuz!

Sənin də bu oldu baxdın,
Ömrün boyu yerə baxdın.
Bəsdir yeyib piy buraxdın,
Əri,donuz oğlu donuz.

 

Barı düçün eşşək sayaq,
Palçığa day basma ayaq.
Xoruldama oyaq-oyaq,
Kiri,donuz oğlu donuz.

 

Halın yaman,işin çətin,
Qolbasalıq olur ətin.
“Haram”verildi qiymətin,
Yeri,donuz oğlu donuz.

 

Biri də var yoğun boyun,
Birində piy,birində yun.
Biri qoyun oğlu qoyun,
Biri donuz oğlu donuz.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir