Facebook

Bir zaman sallanıb profilimdən,
Nə status yazsam “Like” edərdin.
Adımı hansı bir qurupda görsən,
Qoşulub, ardımca ora gedərdin.

Bir qız dostluğuma ala bilməzdim,
Bütün interneti qatardın mənə.
Gecələr yatmayıb, girib YouTube – dan,
Sevgi mahnıları atardın mənə.

Mən bircə “status” yazdığım zaman,
Sən gəlib könlümü “rəy”-lə alardın.
Gecələr yuxudan ölən vaxtımda,
Mənə “inbox”da layla çalardın.

İndi susub sənsiz “inbox”um da,
Dostların mərhəmət payı azalıb.
Sənsiz “rəy”-lər belə yazılmır mənə,
Sənsiz “Like”-larin sayı azalıb.

Günahı yıxmayaq Markın üstünə,
Birinci mən atdım “blok” – a səni.
Siz Allah, a dostlar, o qıza deyin,
İndi o “ignore” – dan çıxartsın məni!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir