Oyna, Azərbaycan oğlu,Başında papaq oynasın…

Oyna, Azərbaycan oğlu,
Başında papaq oynasın.
Orda”Lülpər”, “Qanlı Qaya”,
Burda”Murov dağ”oynasın.

Nazlı baxışlardan naz çək,
“Sarı gəlin”dən avaz çək.
Sinəmə dağı çarpaz çək,
Sinəm üstə dağ oynasın.

Verməsin aman dostların,
Çoxmuş nə yaman dostların…
Dursun”Qəhrəman”dostların,
Səninlə ortağ oynasın.

Yol vermə çaşa qeyrətin,
Burax qoy coşa qeyrətin.
Ta gəlsin cuşa qeyrətin,
Aşsın mayallağ oynasın.

Qoşul mahnı davasına,
Gir qanmazlıq yuvasına.
Erməninin havasına,
Dağlıq Qarabağ oynasın…

 1,795 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir