Qələmi ağlamaq tutur…

Müsəlman “hello” deyəndə,
“Salam”ı ağlamaq tutur.
Adını “faiz” qoyanda,
“Sələm”i ağlamaq tutur.

Əczaxana “yod” buraxır,
Əl altından xod buraxır.
Dərmanlar da mod buraxır,
“Vərəm”i ağlamaq tutur.

Ətçi ətin fırıldadır,
Geşniş satan mırıldayır.
Bişmiş toyuq hırıldayır,
Kələmi ağlamaq tutur.

Ömür keçir, can qocalır,
Bəy qocalır, xan qocalır.
Aşıq sazda “tanqo” çalır,
Kərəmi ağlamaq tutur.

Hacılıq indi peşədi,
Kərbəlayi on beşədi…
“Ələm” tutanda məşədi,
“Ələm”i ağlamaq tutur.

Çimdik altda dağ tükənir,
Tofiq gildə yağ tükənir.
Söz qalır, varaq tükənir,
Qələmi ağlamaq tutur.

 14,249 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

1 Şərh

  1. vuqar

    sagol sair butun seerlerin biri birinde menali ve gozeldir agzina sagliq davam ele manatin bu devalevasiya di nedi o caxtinda bizi atmadin biz seninleyik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir