Pul atlı olubdur, bizsə piyada,
Tutub əlimizdə çıraq gəzirik.
Şeir yazmağa da pulumuz çatmır,
Qələmi tapırıq, varaq gəzirik.
Yeməyə bir yağlı xörək tapılmır,
Kürək söykəməyə dirək tapılmır.
Kasıb süfrəmizdə çörək tapılmır,
Gah qənd axtarırıq,gah yağ gəzirik.
4,982 dəfə oxunub, 3 nəfər bu gün oxuyub