Qaloş…

Bağrımı qan elədi sevgili yarın qaloşu,
Qəlbi viran elədi nazlı nigarın qaloşu.

Qaloşun geydi ki,əğyar ona meyl eyləməsin,
Yenə tufan elədi könlü qübarın qaloşu.

Ona ərz eyləmiş idim belinə şal bağla;
Gülü al qan elədi baxçada xarın qaloşu.

Qoloşun razmeri böydür,gönü qalın gördüm,
Yazı meydan elədi şaxtalı qarın qaloşu.

Özü ləzzətlə qaloşlarda gəzirdi,Tofiq,
Məni heyran elədi məsti-xumarın qaloşu.

 4,542 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir